Qıtlıqla gələn Anadolu ləzzəti

Tarix: 21:28 23.04.2025
Buğa dağlarında yetişdirilən yabanı armud sentyabr və oktyabr aylarında yığılır. Yuyulub döyülmüş armudlar təxminən 15 gün günəşdə qurumağa qoyulur. Dəyirmanda una çevrilən yabanı armudlar mahir əllərlə yuxa çörəyinə çevrilərək süfrəyə gəlirlər.
1200 əhalisi olan Hadımın Gezlevi məhəlləsinin sakini, 60 yaşlı Meryem Sevinç 45 ilə yaxındır ki, dağlardan topladığı və qurudulmuş yabanı armudları una çevirərək bu ənənəvi dadını davam etdirdiyini bildirib. Armudun çörək kimi süfrələrə çatması prosesinin olduqca çətin olduğunu izah edən Meryem Sevinç deyib:
“Həyat yoldaşımla dağlarda bitən yaban armudu adlanan armudları payızda yığırıq, armudlar əriyib rəngini dəyişir, o armudları yığıb 15 gün quruduruq. Quruduqdan sonra məhlulda döyürük, üzərinə çevirib qarışdırırıq, dəyirmanda una çevirəndən sonra təndirlərdə çörəyə çeviririk”.
Mənbə: CNN Türk
Zəhra Möhübbətova