Arxeoloqlar qladiatorların aslanla vuruşduğunu sübut etdilər

Bölmə: Maraqlı › ,
Tarix: 18:52 25.04.2025

Bir Roma qladiatorunun skeletində aşkarlanan dişləmə izləri insanla aslan arasında baş vermiş döyüşün ilk arxeoloji sübutu kimi qiymətləndirilir.


2004-cü ildə İngiltərənin York şəhərindəki Driffield Terrace ərazisində aparılan qazıntılar zamanı üzə çıxarılan qalıqlar, dünyanın ən yaxşı qorunmuş Roma qladiator məzarlığı sayılan bu ərazidə tapılıb. Gənc bir kişiyə aid skelet üzərində aparılan məhkəmə-tibbi ekspertiza nəticəsində, çanaq sümüyündəki deşiklərin və dişləmə izlərinin böyük ehtimalla bir aslana aid olduğu müəyyən edilib. Araşdırmanı aparan məhkəmə-tibbi mütəxəssis professor Tim Thompson, bunun qladiatorların iri yırtıcı pişiklərlə vuruşduğuna dair əldə olunan ilk “fiziki sübut” olduğunu bildirib.


BBC News

Fatimə Heydərova