Hindistan-Pakistan gərginliyi-Ceyhun Bayramov Məhəmməd İshaq Darla telefonla danışdı

Bölmə: Siyasət › ,
Tarix: 15:09 26.04.2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında aprelin 26-da telefon danışığı baş tutub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Qeyd olunub ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.