Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək

Bölmə: İdman › ,
Tarix: 10:40 27.04.2025

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gələcək.

 

Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

 

Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.

 

Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin açılış görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.