Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu oldu

Tarix: 22:19 27.04.2025
"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu olub.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Premyer Liqanın 32-ci turunda “Sabah”la qarşılaşan Qurban Qurbanovun komandası 1:1-lik bərabərliyə imza atıb.
Bununla da onlar ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayıb. Çempionatın sonuna 4 tur qaldığı üçün “Zirə” Ağdam təmsilçisinə çata bilməyəcək.
Nəticədə “Qarabağ” mövsüm başa çatmamış çempion olub.