Theo Hernandez “Al Hilal”də

Tarix: 22:20 10.07.2025
Səudiyyə Ərəbistanı təmsilçisi" Al Hilal" “Milan”dan Theo Hernandez-i transfer edib.
Klubun rəsmi saytında verilən məlumata görə, 27 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Fransalı futbolçu karyerası ərzində “Atletico Madrid”, “Real Madrid”, “Real Sociedad” və son olaraq “Milan”da çıxış edib.
Theo Hernandez “Milan” formasında meydana çıxdığı 262 oyunda 34 qol vurub.
Mənbə :TRT Haber
Nigar Həsənzadə