Immobile “Bologna”da

Bölmə: İdman › ,
Tarix: 22:21 10.07.2025

Beşiktaşilə yollarını ayıran italyan qolçu Ciro Immobile İtaliya “Serie A” təmsilçilərindən “Bologna”ya transfer olunub.

 

“Beşiktaş”dan ayrılan Ciro Immobile-nin yeni ünvanı İtaliya “Serie A” komandası “Bologna” olub.

 

“Bologna” təcrübəli qolçunun transferini “Qırmızı və maviyə xoş gəldin, Ciro” sözləri ilə elan edib.

 

2024/25 mövsümündə “Beşiktaş”a transfer olunan 35 yaşlı santrafor bütün turnirlərdə 41 oyunda çıxış edərək 19 qol və 4 assistlə yadda qalıb.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə