ABŞ-də bir bölgənin adı dəyişib

Tarix: 15:37 05.05.2025
ABŞ-nin Texas ştatında əhalisinin əksəriyyəti Elon Musk-ın sahibi olduğu SpaceX şirkətinin əməkdaşlarından ibarət olan Cameron bölgəsinin adı "Starbase" (Ulduz Üssü) olaraq dəyişdirilib. Seçki nəticələri təsdiqləndikdən sonra bu bölgə şəhər statusu da qazanacaq.
Texas ştatına bağlı olan Cameron bölgəsinin sakinləri, SpaceX şirkətinin buraxılış meydançasının da yerləşdiyi ərazinin adının "Starbase" (Ulduz Üssü) olaraq dəyişdirilməsi üçün keçirilən səsvermədə iştirak ediblər.
Bölgə, seçki nəticələri təsdiqləndikdən sonra şəhər statusu alacaq. Bölgə rəhbərliyi sosial media vasitəsilə yaydığı açıqlamada bildirib: “Şəhər olmaq, insanlığın kosmosdakı gələcəyi üçün çalışan qadınlar və kişilər naminə mümkün olan ən yaxşı cəmiyyəti qurmağımıza kömək edəcək".
Cameron qraflığının Seçki Rəhbəri Remi Garza bildirib ki, səsvermənin nəticələri qraflıq hakimi tərəfindən təsdiqləndikdən sonra Starbase rəsmi olaraq Texas bələdiyyəsi kimi qeydə alınacaq.
Digər tərəfdən, SpaceX-in sahibi Elon Musk da sosial media hesabında paylaşım edərək, Starbase-in “artıq gerçək bir şəhər” olduğunu qeyd edib və səsvermənin nəticəsini təbrik edib.
Haberler.com
Aygün Babayeva