TÜSİAD sədrlərinə qarşı yeni ittihamnamə hazırlanıb

Bölmə: Dünya › ,
Tarix: 19:26 05.05.2025

TÜSİAD sədri Orhan Turan və YİK sədri Mehmet Ömer Arif Arasa qarşı ictimai rəy yaratdıqları və ədalətli mühakiməyə təsir göstərməyə cəhd etdikləri əsasları ilə ittihamnamə hazırlanıb.


Əkrəm İmamoğlu bəyanat və yazıların cəmiyyətdə təşviş və etibarsızlıq mühiti yaratdığı, qanunun aliliyi və müstəqil məhkəmə sisteminin vurğulandığı, aparılan araşdırmalarda ədalətli məhkəmə və qanunun aliliyi prinsipinə əməl edilmədiyi bildirilib.


Hazırlanan ittihamnamədə Turan və Arasın ifadələrinin fikir və ifadə azadlığı həddini aşdığı, sözlərini xəbər və ya məlumat yaymaq hüququ çərçivəsində qiymətləndirməyin mümkün olmadığı qeyd edilib. Onların hüquqi məsələlərlə bağlı hakimlik vəzifələrini yerinə yetirən şəxsləri manipulyasiya etmək məqsədilə yalan və çaşdırıcı məlumatlar verdikləri də qeyd edilib. Mehmet Ömer Arif Aras və Orhan Turanın “ədalətli mühakiməyə təsir göstərməyə cəhd” cinayətinə görə 50 gündən az olmamaq şərti ilə məhkəmə cəzasına məhkum edilməsini istəyiblər.


Mənbə: CNN Türk
Zəhra Möhübbətova