İranda böyük partlayış baş verən limanda yenidən yanğın çıxıb

Tarix: 19:40 05.05.2025
İranın Bəndər-Abbas şəhərində 26 aprel tarixində böyük partlayışın baş verdiyi Şəhid Rəcai Limanında konteynerlər daşınarkən yenidən yanğın çıxdığı, lakin qısa müddətdə söndürüldüyü bildirilib.
İranın dövlət televiziyasının xəbərinə görə, Hörmüzqan vilayətinə bağlı Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında yanğın baş verib. Konteynerlərin daşınması zamanı konteyner daşıyan kranlardan birinin hidravlik nasosunun sıradan çıxması nəticəsində axan yanacaq yanğına səbəb olub. Yanğının qısa müddətdə söndürüldüyü bildirilib.
İranın cənubunda, Bəsrə körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai Limanında 26 aprel günü günorta saatlarında güclü partlayış baş verib. Həmin partlayış nəticəsində onlarla insan həlak olub.
İranlı rəsmilər, təxminən 1200 nəfərin yaralandığı partlayışın təxribat nəticəsində baş verdiyinə dair indiyədək hər hansı bir dəlilin əldə olunmadığını açıqlayıblar. Daxili İşlər naziri İskəndər Mumininin sözlərinə görə, partlayış ehtiyatsızlıqdan qaynaqlanıb.
Mənbə:TRT HABER
Nuray Əliyeva