AB bayrağı alov içində

Tarix: 22:13 06.05.2025
Polşanın prezidentliyinə namizəd, ifrat sağçı Qjeqoj Braun, ölkənin Sənaye Nazirliyində nümayişkaranə şəkildə Avropa Birliyi (AB) bayrağına ayaqlarını silib, sonra onu yandırıb. Braun nazirlik binasına daxil olduğunu və foyedə AB bayrağını dirəkdən çıxardığını göstərən video yayımlayıb.
Mövzu ilə əlaqədar konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Polşada ictimai rəy fərqlidir:
“Polşada sağçılar da, solçular da, yenilikçilər də, konservatçılar da var. İctimai rəy fərqlidir. Polşa uzun müddət Sovetlərin təsirində qaldığına görə onlarda kommunizmə meyillilik var. Bu gün Polşa AB-nin üzvüdür. Bu hadisə, təbii ki, sağçıların nüfuzunu artıra bilər. Lakin bu üsulla böyük üstünlük qazandığını da zənn etmirəm. Polşa ilə AB-nin münasibətlərinin də buna görə pozulacağını düşünmürəm. Çünki Polşanın Avropa Birliyində olması onun üçün iqtisadi cəhətdən daha avantajlıdır. Bu gün bir çox dövlətlər AB-nin üzvü olmaq istəyir”.
Lalə Qurbanlı