Azərbaycanlı velosipedçilər mükafatlandırılıb

Tarix: 17:26 21.05.2025
Özbəkistanda və Qazaxıstanda təşkil olunan beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb.
Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.
Tədbiri giriş sözü ilə açan federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.
Yarışlarda yüksək nəticə göstərmiş idmançıların federasiya prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılması ilə bağlı qərar qəbul edildiyini bildirən 1-ci vitse-prezident, Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medala layiq görülmüş Məryəm Hüseynovaya mükafatları təqdim edib.