Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki...

Bölmə: Dünya › ,
Tarix: 08:25 22.05.2025

Rusiya ordusunun döyüş meydanında minimal uğurlarına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Kreml tərəfindən irəli sürülən gündəliyə doğru ciddi diplomatik dönüş edib.


“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Blumberq” nəşrinin məqaləsində qeyd olunub.


Nəşr qeyd edib ki, amerikalı həmkarı ilə danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin vaxt udmağa çalışıb və buna nail olub, çünki telefon danışığından sonra Tramp atəşkəsin bərpası və sanksiya hədələrindən imtina etdiyini açıq şəkildə bildirib.


Qapalı görüşlərdən xəbərdar olan şəxslərin sözlərinə görə, Tramp müttəfiqləri ilə gizli görüşlərdə Rusiyanın qalib gələcəyinə əmin olduğunu bildirib və Kremlin bir sıra tezislərini təkrarlayıb. Bu isə Avropada narahatlıq yaradıb, çünki bu, ABŞ-nin tez bir sülh razılaşmasına nail olmaq barədə irəli sürdüyü öhdəliklərdən geri çəkildiyinə işarədir.