Çempionatın təsir dairəsi: Azərbaycan sektorlarında yüksəliş

Bölmə: İdman › ,
Tarix: 16:26 22.05.2025

Minifutbol üzrə dünya çempionatına Azərbaycanın ev sahibliyi etməsi bir çox istiqamətlərdə yenilik və inkişafa səbəb olacaq. Bildiyimiz kimi çempionat mayın 21-dən iyunun 1-dək keçiriləcək və 32 ölkə komandasının iştirakı nəzərdə tutulub. Həmin vaxt aralığında Bakı şəhərinə gələn qonaq və oyunçular ölkəmizin mədəniyyət və incəsənəti, adət-ənənələri ilə yaxından tanış ola biləcəklər. 32 ölkə komandasının iştirakı nəzərdə tutulub və qruplar şəklində oyunlar başlanılacaq.
Minifutbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi bütün sektorlara müsbət təsir göstərəcək. İlkin olaraq idman sahəsi yeniliklərlə tanış olacaq və inkişafı sürətlənəcək. Yerli idmana maraq yaranacaq və bu sahadə gənclərin motivasiyası yüksələcək. Gələcəkdə idman üzrə beynəlxalq layihələrin yaradılmasına şərait yaradacaq. Futbol üzrə ölkəmizdə keçirilən bu tədbir futbol sahəsinin inkişaf etdiyinin göstəricisidir. Azərbaycan illərdir müxtəlif idman tədbirlərinə ev sahibliyi edir. Bunun nəticəsində bu gün idman könüllüləri, akademiya və klublar öz inkişaf dövrünü yaşayır. Minifutbol üzrə dünya çempionatı nəticəsində idman mütəxəssisləri və oyunçular yeni təcrübələr qazanacaqlar.
İdmanla yanaşı turizm sektorunda böyük müsbət dəyişliklər olacaq. Çempionatı izləməyə yerli xalqla yanaşı dünyanın bir çox ölkələrindən qonaqlar səfər edəcək. İştirakçılar Bakının müasir infrastrukturunu, əyləncə mərkəzlərini, qədim tarixi muzey və yerlərini gəzmək şansı əldə edəcəklər. Bakı ilə yanaşı bir çox rayonlara da turlar təşkil olunaraq turistləri cəlb olunacaq. Turistlərin Bakıya səfər etməsi paytaxtın incəliklərinin dünyada daha çox tanınmasına gətirib çıxaracaq.Turizm sahəsində yüksəliş Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıracaq.
İnkişaf özünü iqtisadiyyat və sahibkarlıq sektorunda da göstərəcək. Xidmət sahəsində artım müşahidə olunacaq. Yerli bazarda orta və kiçik sahibkarların bazarında artım olunacağı gözlənilir.
Çempionatı işıqlandırmaq üçün xaricdən media nümayəndələri, jurnalistlər Bakıya səfər edəcək. Bu da media və kommunikasiyaya, eyni zamanda milli jurnalistikaya müsbət təsir göstərəcək. Yerli və xarici jurnalistlərin birlikdə işləməsi hər iki tərəf üçün yeni təcrübələr qazandıracaq. Canlı yayım sistemləri, televiziya avadanlıqları dayanıqlı vəziyyətə gətirələcək və yerli media şirkətlərinin texniki imkanlarının genişlənməsində rol oynayacaq. İdman üzrə çempionatın Bakıda keçirilməsi idman jurnalistləri üçün önəmli fürsətdir. İdman jurnalistləri xarici jurnalistlərlə birgə fəaliyyəti nəticəsində şəxsi bilik bacarıqları formalaşır və beynəlxalq standartlarla yaxından tanış olur.
Futbol və idman sevər gənclər könüllü kimi çempionata cəlb olunacaq. Bu onların asudə vaxtlarının səmərəli keçməsinə təsir göstərəcək.

Nurcan ismayılova