AFFA Gənclər Liqasının qalibi müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 18:18 22.05.2025

AFFA Gənclər Liqasının qalibi müəyyənləşib. 

"İnformator.az" xəbər verir ki, çempionun adına XXXVI turda aydınlıq gəlib. 

“Sabah”ın U-19 komandası bu tur səfərdə “Zirə” ilə üz-üzə gəlib.

Binə qəsəbə stadionunda keçirilən matç birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0.

 

"Sabah"ın qollarını Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

 

Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.