Ekopraksiya xəstəliyi

Bölmə: Sosial › ,
Tarix: 19:36 22.05.2025

Ekopraksiya, bir şəxsin ətrafındakı insanların hərəkətlərini avtomatik və qeyri-ixtiyari şəkildə təkrarlaması ilə xarakterizə olunan nevroloji-psixoloji bir pozuntudur.

 

Mövzu ilə bağı psixiatr Vəfa Şirinova "İnformator.az"a açıqlamasında bildirib ki, ekopraksiya beynin frontal və güzgü neyron sistemləri arasında olan disfunksiya ilə əlaqələndirilir:

 

"Autizm spektr pozuntuları (ASP) sosial qarşılıqlı əlaqədə çətinlik və model davranışların təkrarı ilə əlaqələndirilən vəziyyətlərdə ekopraksiya tez-tez rast gəlinir. Tourette sindromu İradsız tiklər və impulsiv davranışlar zamanı müşahidə oluna bilər. Xüsusilə katatonik alt tipdə, avtomatik təkrar davranışlar (ekopraksiya və ekolaliya) baş verə bilər. Travma, şiş, infarkt kimi səbəblər nəticəsində frontal lobun funksiyasınin pozulması ekopraksiya yarada bilər.
Yüksək stress və ya dissosiativ pozuntu hallarından sonra:
Bəzi hallarda ağır psixoloji gərginlikdən sonra da müşahidə oluna bilər. Ekopraksiya bəzən idarə oluna və azaldıla bilər, lakin əsas müalicə onun səbəbindən asılıdır. ABA (Applied Behavior Analysis) kimi metodlar autizmli uşaqlarda faydalı ola bilər. Koqnitiv davranış terapiyası (CBT) şüurluluğun artırılması və alternativ davranışların öyrədilməsi məqsədilə istifadə olunur. Sensor inteqrasiya terapiyası da bəzi hallarda faydalı ola bilər. Bu şəxslərə qarşı empatiya, anlayış və inklüziv yanaşma vacibdir. Cəmiyyətin bu ve diger benzer və ya olmayan simptomlari haqqında məlumatlandırılması stiqmanın azalmasına kömək edə bilər. Xüsusilə məktəb və iş mühitlərində anlayışlı yanaşma, ehtiyac olduqda uyğunlaşdırılmış dəstək sistemləri təqdim olunmalıdır. Sosial fəaliyyətlərə daxil edilmələri, təcriddən qorunmaları psixososial rifah üçün çox önəmlidir".

 

Fatimə Heydərova