Təyyarə evlərin üzərinə düşdü: ölənlər var

Tarix: 19:59 22.05.2025
ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində Cessna markalı təyyarənin yaşayış kvartalında qəzaya uğraması nəticəsində bir neçə insan həlak olub.
"İnformator.az" xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.
Bildirilib ki, ölənlərin hamısı təyyarənin göyərtəsində olan şəxslərdir, hadisənin baş verdiyi ərazidə ölən yoxdur.
Ölənlərin dəqiq sayı, o cümlədən göyərtədə neçə insanın olması bəlli deyil.