“ABŞ Ukraynanı silahla təmin edir”, – Rubio

Tarix: 20:52 22.05.2025
“ABŞ administrasiyası Kiyevi silahla təmin edir, lakin Rusiya–Ukrayna münaqişəsinə tezliklə son qoyulmalıdır”, – Marko Rubio bildirib.
Məsələ ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya silah yardımı davam edir:
“Tramp bunu köhnə vəsaitlər hesabına həyata keçirir. Ümumiyyətlə, Ukraynanın Amerika Birləşmiş Ştatlarının, həmçinin Avropanın köməyinə ehtiyacı var. ABŞ-də ictimai rəy daha çox Ukrayna məsələsi istiqamətindədir. Amerikalıların 50 faizindən çoxu Ukraynanın dəstəklənməsini tələb edir.
Bütövlükdə, Amerika hələ də danışıqlar masasında var. Dəfələrlə elan etsə də, hələ də proseslərdən çıxmayıb. Ukrayna tərəfi ilə bağlı ABŞ-də hansı qırmızı xətlərin olmasına gəldikdə isə, Ukrayna və ABŞ arasında bu yaxınlarda saziş imzalandı. Bu danışıqda Ukraynanın təhlükəsizlik məsələləri ABŞ-nin qırmızı xətti sayıla bilər. Beynəlxalq ictimaiyyətə və NATO-ya gəldikdə isə NATO hələ də Ukraynanı dəstəkləməkdə davam edir. Nəzərə alsaq ki, hələ də bir sıra məsələlərdə NATO dövlətlərinin hərbi, siyasi və maliyyə dəstəyi davam edir. Rusiya öz işğalçılıq siyasətini genişləndirərsə, o halda ABŞ-nin yanaşmasının nə olacağını söyləmək çox çətindir".
Çimnaz Telmanqızı