“Barselona” Rafinya ilə bağlı qərar verdi

Tarix: 21:12 22.05.2025
" "Barselona"nın Rafinya ilə razılıq əldə etməsi klub adına çox önəmlidir. Çünki Rafinya karyerasının ən yaxşı mövsümünü keçirir. "Barselona" Çempionlar Liqasına finala çıxa bilsəydi, bəlkə də, qızıl topu almağa əsas namizədlərdən biri Rafinya idi".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, Rafinya çox yaxşı mövsüm keçirib:
"Hər komandada Rafinya kimi lider futbolçulara ehtiyac var. Nəzərə alsaq ki, "Barselona"nın əsasını öz yetirmələri və gənc futbolçular təşkil edir, ancaq Rafinya həm liderlik keyfiyyətinə görə, həm də meydanda sərgilədiyi futbola görə çox önəmlidir. Buna görə də, Rafinyayla bağlı razılıq onun özündən çox komandanın xeyrinədir".
Zəhra Möhübbətova