Dünyanın ilk Günəş fırtınası təlimindən narahatedici nəticə

Tarix: 21:29 22.05.2025
ABŞ-də keçirilən ilk kosmik hava təlimi, güclü Günəş fırtınalarına qarşı dünyanın kifayət qədər hazırlıqlı olmadığını ortaya qoyub.
Dünyada ilk dəfə keçirilən Günəş fırtınası təlimi, insanlığın şiddətli kosmik hava şəraitinə qarşı hazırlıqsız olduğunu göstərdi. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) da daxil olmaqla bir sıra qurumlar yaxınlaşan super Günəş fırtınasına qarşı müdaxilə qabiliyyətini sınaqdan keçirib.
Təlim zamanı kosmosdan gələn yüksək enerjili zərrəciklərin rabitə, nəqliyyat və enerji infrastrukturlarında yarada biləcəyi dağıntılar simulyasiya edilib.
Günəş fırtınaları peyklərə, astronavtlara, elektrik şəbəkələrinə və radio rabitəsinə birbaşa təsir göstərə bilir. Günəşdən qoparaq Yerə çatan yüklü zərrəciklər xüsusilə GPS sistemləri, kommersiya aviasiyası və alçaq orbitdəki peyklər üçün ciddi risk yaradır.
Təlim zamanı son 20 ilin ən güclü Günəş fırtınası olan "Gannon" fırtınası Yerə çırpıldı. 2024-cü il mayın 10-da baş verən bu hadisə G5 kateqoriyasında qiymətləndirildi. Fırtına zamanı aurora işıqları ekvatora qədər irəliləyib — bu isə nadir hallarda müşahidə edilən bir hadisədir. Bir çox bölgədə elektrik kəsintiləri baş verdi, peyklər müvəqqəti olaraq sıradan çıxıb.
TRT Xəbər
Nuray Əliyeva