Federal hakim Trampın Təhsil Departamentini bağlamaq qərarını dayandırıb

Tarix: 21:47 22.05.2025
ABŞ-də federal hakim prezident Donald Trampın Təhsil Departamentini bağlamaq qərarını dayandırıb və müəssisədən qovulanların işlərinə bərpa olunmasını əmr edib.
ABŞ-nin Boston bölgəsindən federal hakim Myong Joun cümə axşamı açıqladığı qərarla Tramp administrasiyasının seçki vədlərindən biri ilə bağlı mühüm addım atıb.
Hakim Joun, Trumpın Təhsil Departamentinin bağlanması ilə bağlı sərəncamının icrasına mane oldu, şöbənin bağlanması prosesini dayandırdı. Həmçinin bu proses zamanı işdən çıxarılan təxminən 1300 nazirlik əməkdaşının öz işlərinə qayıtması qərara alınıb.
Hakim öz qərarında Tramp administrasiyasının departamenti təkbaşına bağlamaq səlahiyyətinə malik olmadığına dair hüquqi fikrini ortaya qoydu.
Ağ Ev hələlik qərarla bağlı açıqlama verməsə də, Tramp administrasiyasının qərardan şikayət edəcəyi gözlənilir.
ABŞ prezidenti Tramp martın 20-də imzaladığı fərmanla Təhsil Nazirliyinin bağlanması prosesini başlatdığını və təhsil proseslərinin tamamilə ştatların ixtiyarına veriləcəyini açıqlayıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli