Microsoft, Qəzza və Fələstinə aid şərtləri ehtiva edən şirkət e-poçtlarını bloklayır

Bölmə: Dünya › ,
Tarix: 21:49 22.05.2025

Amerikanın texnologiya nəhəngi Microsoft şirkəti "Fələstin", "Qəzza" və "soyqırım" ifadələrini ehtiva edən şirkət e-poçtlarının alıcılara çatmasını bloklamağa başlayıb.

 

The Verge saytındakı xəbərə görə, Microsoft işçiləri onların bəzi e-poçtlarının alıcılara çatmadığını görüblər.

 

Sonradan göndərdikləri e-poçtları nəzərdən keçirən işçilər, şirkətin "Fələstin", "Qəzza" və "soyqırım" kimi ifadələri ehtiva edən e-poçtların daxili və xarici alıcılara göndərilməsini blokladığını aşkar etdilər.

 

Digər tərəfdən, Microsoft şirkət daxilində "siyasi e-poçtları" azaltmaq üçün belə bir təcrübə tətbiq etdiyini təsdiqlədi.

 

Microsoft işçiləri reaksiya verdi

 

Bəzi Microsoft əməkdaşları şirkətin İsrailə 50 illik yubiley gecəsində göstərdiyi xidmətlərə reaksiya veriblər.

 

Microsoft-un AI-nin baş icraçı direktoru (CEO) Mustafa Süleymanın şirkətin 50 illik yubiley gecəsində çıxışı Microsoft-un İsraillə razılaşmalarına etiraz edən işçilər tərəfindən kəsilib.

 

Tamaşaçılardan səhnəyə yaxınlaşan Microsoft işçisi İbtihal Əbusəd səhnədə Süleymana xitab edərək, "Siz süni intellektdən yaxşılıq üçün istifadə etməyin qayğısına qaldığınızı iddia edirsiniz, lakin Microsoft İsrail ordusuna süni intellekt silahları satır. 50 min insan öldü və Microsoft bölgəmizdə bu soyqırımı dəstəkləyir",- dedi.

2025-ci ilin əvvəlində Associated Press-in apardığı araşdırma nəticəsində məlum olub ki, Microsoft və OpenAI şirkətlərinin süni intellekt modelləri Qəzza və Livandakı bombardman hədəflərini seçmək üçün İsrail hərbi proqramının bir hissəsi kimi istifadə olunub.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli