NATO Baş Katibi Rutte: Yüksək Şimala diqqət artırılıb

Tarix: 21:51 22.05.2025
NATO Baş Katibi Mark Rutte bildirib ki, Alyans təlim və hazırlıq kimi fəaliyyətlərlə Yüksək Şimal bölgəsinə diqqətini artırıb.
Norveç Baş naziri Jonas Gahr Store-un ev sahibliyi ilə Rasmund Dəniz və Evenes Hərbi Hava Bazasını ziyarət edən Rutte, birgə mətbuat konfransında çıxış edib.
Rutte, Norveçin Rusiya ilə sərhədinə görə təhlükəsizlik baxımından önəmli mövqedə olduğunu vurğulayaraq, “Dəniz yolları açıldıqca, Rusiya və Çin varlıqlarını artırdıqca Yüksək Şimal daha da önəm qazanır. NATO da buna uyğunlaşır”,-deyib.
O, Norveçin Ukraynaya “möhkəm dəstək” verdiyini bildirərək, “Norveç böyük iqtisadi güc olmasa da, Kiyevi dəstəkləyən öncül ölkələrdəndir. Ukrayna qalib gəlməlidir. Norveç ehtiyacları diqqətlə izləyir”,-deyə əlavə edib.
Rutte həmçinin qeyd edib: “Təlim və hazırlıq vasitəsilə NATO Yüksək Şimala diqqətini artırır. Müdafiə xərcləri baxımından Norveç, İngiltərə və Türkiyə NATO-nun əsas tərəfdaşlarındandır”.
Store isə Norveç əsgərlərinin fəaliyyətlərini yerində izlədiklərini deyərək, ölkəsinin NATO üçün əhəmiyyətli mövqedə olduğunu bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə Yüksək Şimal NATO üçün strateji əhəmiyyət kəsb edir.
TRT Xəbər
Xəlilli Nigar