Fransa həbsxanaları doludur

Tarix: 21:52 22.05.2025
Problemi həll etmək üçün prezident Emmanuel Makron Fransanın məhbusları üçün xaricdə kamera (həbsxana yeri) icarəyə götürmək istəyir. Bu barədə Euronews məlumat verir.
Bundan əvvəl Estoniya həbsxanalarındakı boş yerləri digər ölkələrə icarəyə verməyə maraqlı olduğunu bildirib. Bu təşəbbüsdən əldə edilə biləcək illik gəlir təxminən 30 milyon avro olaraq qiymətləndirilir. 1990-cı ildən bəri əhalisinin sayı 1.5 dəfə azalan Estoniyada hazırda kifayət qədər boş həbsxana yeri var.
Bu ilin əvvəlində Fransanın ədliyyə naziri Jerald Darmanen qısa müddətli cəza çəkənlər üçün modul tipli həbsxanalar tikməyi təklif etdi. Daha sonra prezident Makron bu ideyanı təsdiqlədi və bildirdi ki, bu təşəbbüs sayəsində yaxın iki il ərzində Fransada 5 min yeni həbsxana yeri yaradılacaq.
Mənbə: Euronews
Ayan Əsgərova