İlk dəfə Rusiya çempionu olublar

Bölmə: İdman › ,
Tarix: 22:22 24.05.2025

“Krasnodar” 2024/2025 mövsümündə Rusiya çempionu olub.

 

“İnformator.az” xəbər verir ki, klub buna Rusiya Premyer Liqasının 30-cu turunda Moskva “Dinamo”sunu məğlub edərək (3:0) nail olub.

 

“Krasnodar”ın bu çempionluğu klubun tarixində ilk olub.

Qeyd edək ki, klub çempionatı 67 xalla başa vurub. İkinci yeri 66 xalla “Zenit” tutub.