Dünya minifutbolunda Azərbaycan imzası

Tarix: 17:31 28.05.2025
"Son dövrlərdə Azərbaycanda çox önəmli, nüfuzlu idman yarışları keçirilir. Onlardan biri də minifutbol üzrə dünya çempionatıdır. Minifutbolun dünyada inkişaf tempinə baxdıqda Azərbaycan adı həmişə ön plana çıxır. Son 3 ildə dünya çempionatına hazırlıq, bu çempionatın keçirilməsini qəbul etmək və bəzi ölkələr belə bu cür yarışları keçirmək üçün ən azı 2-3 il vaxt sərf edir. Azərbaycanda isə il yarım müddətində Minifutbol Federasiyası belə bir turniri necə təşkil etməli olduğunu bilərək növbəti dəfə bir ilk yaşadaraq Dünya Minifutbol Federasiyasına nümayiş elətdirdi".
Bu sözləri CBC Sport kanalının və Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, bununla da Dünya Minifutbol tarixində Azərbaycan modeli yaradıldı:
"Ruminya ilə oyunun ilk hissəsi rumunların üstünlüyü ilə nəticələndi. Daha çox topa sahib olmağa çalışdılar, topsuz oyuna bizi məcbur etdilər. Amma ikinci hissədə baş məşqçi Elşad Quliyevin etdiyi oyunçu dəyişikliyi və mövqe seçimləri ilə Azərbaycan toplu oyuna üstünlüyünü verə bildi. Nəticədə isə rəqib topu Azərbaycana verərək topsuz oyunda mövqeyini qorudu. Ancaq uzun ötürmələrlə və yaranan boşluqlardan sürətli ötürmələrlə müxtəlif epizodlar quraşdırdılar.
Bunu deməliyəm ki, Milli komandamız rəqibin müdafiyə fazasını yarmaqda çətinlik çəksə də, yekunda "1-1", yəni heç-heçəni yaratdı, oyunu penaltilərə apardı. Penaltilər isə həqiqətən lotereya və tribunadakı insanlar, azarkeşlər, tamaşaçılar penaltiləri ayaqüstə izlədilər. Bu bir növ rəqibdə basqı, azərbaycanlı futbolçularımızda isə yüksək əhval-ruhiyyə yaratdı. Nəticədə bu hissəni psixoloji olaraq keçməyi bacardıq".
Müsahibimizin sözlərinə görə, məhz tamaşaçı, azarkeş faktoru da Azərbaycanın xeyrinə mühüm rol oynadı:
"1/4 final mərhələsində artıq hədəf xüsusilə mükafatçılar sırasında yer almaqdır. Bunun üçün isə komandamız İngiltərə yığması ilə üz üzə gələcək. Rəqib də sürətli oynamağı sevən kollektivdir, amma taktiki hazırlıq cəhətdən Azərbaycan millisi digər komandaları üstələyir. Bu turnirdə mənim çəkindiyim 2 kollektiv var idi. Biri Serbiya idi, digəri isə Ruminya. Ruminyanı artıq mübarizədən kənarlaşdırdıq. Serbiya ilə yəqin ki, sadəcə finalda üz-üzə gələ bilərik. Ümid edirəm ki, Dünya Kuboku Azərbaycanda qalacaq. Bu heç asan olmayacaq. Hər kəsin heç vaxt favorit olaraq görməyəcəyi yığma artıq 1/4 finaldadır. Arzu edirik ki, Azərbaycan yığması İngiltərə səddini də keçərək yarımfinala yüksələcək və iyunun 1-də Azərbaycan adını eşidək. Qalib olaq, çünki qabiliyyət Azərbaycana çox yaraşır".
Zəhra Möhübbətova