AP: Mask Tramp administrasiyasından gedir

Tarix: 08:46 29.05.2025
Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edir, burada o, Amerika hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) işinə rəhbərlik edib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Ağ evin nümayəndəsinə istinadən bildirib.
Agentlik diqqəti ona yönəldir ki, müvafiq qərar Maskın CBS telekanalına müsahibəsində administrasiyası təklif edilən və ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən dəstəklənmiş dövlət xərclərinin azaldılması haqqında qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul edilib.