Qadın Futbol üzrə Milli Komanda Yunanıstanın qonağı olacaq

Tarix: 17:01 02.06.2025
Qadın Futbol üzrə Milli Komanda UEFA Millətlər B Liqasının 2-ci Qrupunda son oyununda sabah Yunanıstanla səfərdə olacaq.
"Theodoros Vardinogiannis" stadionunda oynanılacaq və saat 20:00-da başlayacaq qarşılaşmanı Fransa Futbol Federasiyasından Maika Vanderstixel idarə edəcək.
"Aypara ulduzları" qrupda son oyununda İrlandiya Respublikasını qəbul edib və meydandan 2:1 hesablı məğlubiyyətlə ayrılıb. B Liqası 2-də keçirdiyi son 5 oyunda 1 qələbə və 4 məğlub olan millimiz 3 xalla qrupda 3-cü yerdədir.
CNN Türk
Əminə Əliyeva