Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Tarix: 20:33 09.07.2025
2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi bu gündən etibarən başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, valideynlər 8 iyul saat 13:00-dan etibarən ölkənin Bakı şəhəri istisna olmaqla, digər bölgələrində məktəb seçimi edə bilərlər. Bakı üzrə seçim 9 iyulda, digər dillərdə tədris edilən bölmələr üzrə isə 10 iyulda başlayacaq. Qeydiyyat prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq və 12 sentyabr tarixinədək davam edəcək.
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov "İnformator.az " a açıqlamasında bildirib ki , bu proses valideynlər üçün çox böyük önəm kəsb edir:
"8 iyul tarixindən etibarən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qeyd edir ki , Bakı xaric digər bütün rayonlardan şagirdlər artıq məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçə bilərlər.5 yaşı tamam olan şagirdlər bu hazırlıq qruplarına qeydiyyat üçün müraciət edə bilərlər.Bakı üçün bu tarix 9 iyul tarixindən , Rus bölməsi üçün isə 10 iyul tarixindən başlayacaq.Yəni , şagirdlərin burada yaşı 5 nəzərdə tutulur , çünki hazırlıq qrupları 0-cı sinif sayılır və 5 yaşlı uşaqlar üçün nəzərdə tutulub".
Ekspert bu prosesin valideynlər üçün olan əhəmiyyətindən də söz açıb:
"Hamı istəyir ki , övladı yaxşı bir müəllimə ilə işləsin.Çünki şagirdin ilk məktəbə qədəm basdığı il hazırlıq ilidir.Ona görə də , bu il uşağın təhsili sevib və ya sevmədiyinin məlum olunduğu bir ildir. Öyrənməni , qələm tutmağı , saymağı və s. hamısını uşaqlar məktəbəqədər hazırlıqlarda öyrənirlər və təkmilləşirlər.Ona görə də , düşünürəm ki , bu seçim valideynlər üçün çox əhəmiyyətlidir.Arzu olunardı ki , bütün müəllimlərimiz eyni olsun , amma elə deyil.Çünki bir çox müəllimlər valideynlər tərəfindən seçilirlər.Onlar xeyli araşdırır,öyrənir, soruşur və bunun nəticəsində hansı müəllim ilə , valideyn ilə əməkdaşlıq edəcəyinə qərar verirlər".
Nəzrin Məmmədova

30 iyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə cəmiyyətə, xüsusilə qadınlara və uşaqlara ünvanlanır.

29 iyul tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və Çexiya ilə Polşada fəaliyyət göstərən azərbaycanlı diaspora liderlərinin iştirakı ilə onlayn görüş keçirilib.