“Prezidentlər arasında yaxın gələcəkdə görüşün baş tutacağı perspektivi görünmür“-ŞƏRH

Tarix: 20:34 09.07.2025
Ukrayna lideri legitimliyini təsdiqləmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyir.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Elşad Mirbəşiroğlu bildirir ki, Rusiya rəsmiləri bir neçə dəfə bildiriblər ki, Zelenski Ukraynanın legitim prezidenti deyil:
“Ona görə də Rusiya prezidenti onunla danışıqlar,birbaşa görüşlər aparmayacaqdır. Vaxtı ilə Ukrayna qərar qəbul qəbul edib ki, müharibə getdiyi vaxtda Rusiya ilə heç bir danışıqlar aparılmayacaqdır. Yəni bu, 2022-ci ilin sentyabr ayında baş verib. Həmin dövrdə Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurası belə qərar olundu. Bu gün sənəd qüvvədədir. O sənəddən Ukrayna imtina etməyibdir. Lakin sonrakı mərhələdə biz gördük ki, Rusiya ilə Ukrayna arasında bütün hallarda danışıqların aparılması hələ də istəyi mövcuddur. Xüsusilə də, Tramp hakimiyyətə gəldikdən sonra 2022-ci ildən sonra ilk dəfə olaraq Ukrayna ilə Rusiya nümayəndələri arasında may ayının 16-da görüş baş tutub. Növbəti görüş isə iyun ayının 2-də baş tutdu və həmin ərəfədə yenidən Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünün təşkili məsələsi aktuallıq kəsb etməyə başlayıb. Həmin dövrdə Rusiyanın Xarici İşlər Naziri Lavrov da Rusiya ilə Ukrayna arasında danışıqların vacibliyini qeyd edib. Amma prezidentlər səviyyəsində görüşün baş tutacağı barədə Rusiya rəsmiləri hər hansı bir mövqe sərgiləməyib. Həmin dövrdə ABŞ prezidenti Donald Tramp Ərəb ölkələrinə turnirdə idi, və ehtimal olunurdu ki, Tramp da, Vladimir Putin İstanbula gələcək və hətta Zelenski İstanbulda səfərdə idi. Putinlə bu görüş baş tutacaq. Amma Rusiya tərəfi bunu təkzib etdi. Bütün bunlar onu göstərir ki, Rusiya tərəfi Zelenskini legitim prezidenti hesab etmir. Vladimir Zelenski ilə görüşmək istəyində deyil. Mariya Zaxarova qeyd edir ki, Zelenski ilə görüşə nail olmaqla öz legitimliyini göstərmək istəyir və bununla da özünü bir daha Ukraynanın rəhbəri kimi təsdiq etmək istəyir”.
Həmçinin politoloq qeyd edir ki, Ukrayna prezidenti özü vaxtında sənəd imzalayıbdır ki, müharibənin gedişi dövründə Putinlə heç bir görüş keçirməyəcəkdir:
“Zelenskinin özü də şəxsən birbaşa görüşün təşkil olunmasını istəyir. Xatırlatmaq istəyirəm ki, iyun ayının 2-də İstanbulda keçirilən görüşün nəticəsi olaraq da Ukraynanın irəli sürdüyü təkliflərdən biri ondan ibarət idi ki, birbaşa prezidentlər səviyyəsində görüş keçirilsin. Amma gördüyümüz kimi, Rusiya bu görüşü keçirmək niyyətində deyil. Bəyan edirlər ki, 2024-cü ilin may ayında Ukrayna prezidentinin səlahiyyət müddəti bitib. Xatırlatmaq istəyirəm ki, Donald Tramp da Zelenskini “qeyri-legitim”prezident adlandırıb. Ağ Evdə, qalmaqallı görüşdən sonra da Tramp Zelenskini diktator adlandırıb. ABŞ-də belə bir yeni prezident səviyyəsində belə bir yanaşma mövcuddur. Hesab edirəm ki, prezidentlər arasında yaxın gələcəkdə görüşün baş tutacağı perspektivi görünmür. Amma bu o demək deyil ki, Ukrayna ilə Rusiya arasında təmaslar olmayacaq. Düşünürəm ki, Ukrayna ilə Rusiya arasında bu məsələlərin müzakirəsi imkanı mövcuddur”.
Aysel Mirzəyeva