"İspaniyaya qayıtmaq xoşuma gələr"

Tarix: 20:37 02.06.2025
"Galatasaray" klubunda çıxış edən ispaniyalı futbolçu Alvaro Morata, gələcəkdə "Getafe" klubunda oynamaq istədiyini bildirib.
Morata, 2025 UEFA Millətlər Liqasının yarımfinalında Fransaya qarşı keçiriləcək oyun öncəsində İspaniya Milli Komandasının düşərgəsində La Sexta telekanalına açıqlamalar verib.
"İspaniyada gələcəkdəki komandan hansı olar?" sualına "Getafe" cavabını verən Morata, " "Getafe"də oynamaq üçün əlimdən gələni edəcəyəm. Amma hazırda bunun vaxtı deyil", – deyə bildirib.
"Sevilla" klubundan təklif aldığı iddialarına isə belə cavab verib:
"Düzgün deyil. Heç olmasa mənim xəbərim yoxdur. Amma "Sevilla" əlbəttə böyük klubdur və onu kənarda saxlayacaq deyiləm".
Morata əlavə edib: "Galatasaray"la 6 aylıq daha müqaviləm var, amma sonrasında nə olar, bilmirəm. Əlbəttə ki, İspaniyaya qayıtmaq xoşuma gələr".
Mənbə: TRT Haber
Nigar Həsənzadə