" "Antalyaspor"un gələcəyindən başqa heç bir gündəmim yoxdur"

Bölmə: İdman › ,
Tarix: 20:40 02.06.2025

"Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu, başqa bir klubla razılaşma iddialarını təkzib edib.

 

Belözoğlu sosial media hesabında paylaşım edərək bildirib:

 

"Mətbuatda və sosial mediada yayılan, hər hansı bir klubla anlaşdığım iddialarının heç bir əsası yoxdur, bunlar yalandır. Sabah klub prezidentimizlə keçirəcəyimiz görüş və "Antalyaspor"un gələcəyi xaricində heç bir gündəmim yoxdur".

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə