ABŞ və Meksika oyunlarının hakimləri müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 23:55 02.06.2025

 

Türkiyə Futbol Federasiyasının verdiyi məlumata görə, ABŞ və Meksika ilə keçiriləcək yoldaşlıq görüşlərini idarə edəcək hakim heyəti müəyyənləşib.

 

7 iyun şənbə günü, ABŞ-nin East Hartford şəhərində yerləşən Pratt & Whitney Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:40-da başlayacaq ABŞ – Türkiyə qarşılaşmasını Panama Futbol Federasiyasından Fernando Moron idarə edəcək. Ona həmyerliləri Andres Vargas və Alejandro Camarena kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dominikan Respublikasından Randy Encarnacion olacaq.

 

Millimizin 11 iyun çərşənbə günü Meksika ilə Kenan Stadionunda keçirəcəyi və Bakı vaxtı ilə səhər saat 04:00-da başlayacaq oyunun baş hakimi isə St. Vincent və Qrenadinlər Futbol Federasiyasından Moeth Gaymes olacaq. Ona həmyerlisi Denroy Barker və ABŞ Futbol Federasiyasından Ryan Graves kömək edəcəklər. Qarşılaşmada Brayan Cruz dördüncü hakim kimi çıxış edəcək.

 

TRT SPOR

Gülhüseynova Güllər