Ağ Evdən Prezident Ərdoğanın təklifinə cavab: Tramp üçtərəfli görüşə açıqdır

Tarix: 23:57 02.06.2025
Ağ Evin Mətbuat Katibi Karolin Leavitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna liderləri ilə Türkiyədə üçtərəfli sülh görüşləri keçirməklə bağlı dəvətinə açıqdır.
Leavitt deyib: “Prezident, əgər bu mərhələyə gəlinərsə, belə bir təklifə açıq olduğunu bildirib. Lakin o, hər iki liderin və tərəflərin birlikdə masa arxasına keçməsini istəyir”.
Prezident Ərdoğan bu gün Rusiya ilə Ukrayna arasında keçirilən ikinci tur danışıqlardan sonra verdiyi açıqlamada deyib:
“Rusiya Prezidenti cənab Vladimir Putini və Ukrayna Prezidenti cənab Zelenskiyni eyni şəkildə İstanbulda və ya Ankarada bir araya gətirmək mənim ən böyük arzumdur. Hətta cənab Trampı da onların yanına dəvət etmək istəyirəm. Əgər qəbul etsələr, mən də onlarla bir araya gələr və beləliklə, İstanbulun bir sülh mərkəzinə çevrilməsini istəyərdim. Son görüşdən sonra bu təşəbbüslə bağlı ilk addımı atacağıq”.
Mənbə: NTV
Aslanova Fatimə