ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Tarix: 18:29 03.06.2025
ABŞ senatorları gələn həftə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləməyə başlayacaqlar.
Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı münasibətlərdə yenidən gərginlik hiss olunur:
"Rusiyanın Ukraynada bombardmanları davam etməsi və İstanbul danışıqlarında sərgilədiyi mövqe Tramp administrasiyası məqbul hesab etmir və buna görə də respublikaçı senatorlar Demokratlarla birlikdə Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayırlar və bu sanksiyaların əvvəlkindən fərqi odur ki, bu artıq Rusiya ilə əməkdaşlıq edən ölkələr, xüsusilə də Hindistan və Çin kimi Rusiyanın böyük müttəfiqlərinə qarşı da sanksiyaların hazırlanması məqsədi güdülür. Burada həm də Çini cilovlamaqdır, yəni Amerika Birləşmiş Ştatları, belə desək, bir güllə ilə iki quş vurmaq, həm Rusiyaya qarşı sanksiyaları tətbiq etmək, həm də Çinə qarşı müəyyən iqtisadi siyasət yeritmək xəttini götürür. Yəni guya Rusiyanın Çinlə münasibətləri burada xüsusi əhəmiyyət kəsb edir və buna qarşı buna görə də bu addımları atırlar. Burada əsas məsələ təkcə Rusiyanı iqtisadi cəhətdən çökdürmək deyil eləcədə Çinə qarşı da təzyiq siyasəti aparmaqdır və tərəflərin arasında olan bu münasibətlər əlbəttə ki, Rusiya Ukrayna müharibəsinə ciddi şəkildə təsir göstərəcək. Artıq İstanbul danışıqlarında açıq aydın şəkildə sezilir ki, mühüm irəliləyiş əldə etmək mümkün deyil. Atəşkəs barəsində razılığa gəlməkdə bir qədər çətinləşib. Sadəcə olaraq, əsirlərin dəyişdirilməsi məsələsi barəsində razılıq əldə olunduğu haqqında məlumatlar var və eyni zamanda bu məsələ Rusiya iqtisadiyyatına kifayət qədər təsir göstərəcək amildir. Çünki bu iqtisadi sanksiya paketi əvvəlkilərə nisbətən müəyyən qədər geniş spektri əhatə edən bir paketi, həmçinin də Rusiyanın özünün iqtisadi vəziyyəti normal deyil xüsusilə də bank sektoru ciddi təlatüm içərisində də Rusiya Mərkəzi Bankı. Kreml bu barədə xəbərdarlıq etib. Bir müddət əvvəl və bütün bunların fonunda Rusiyanın aktivlərinə və sanksiyaların Rusiya şirkətlərinə tətbiq olunan ağır iqtisadi siyasətlər onu deməyə əsas verir ki, Rusiyadakı iqtisadiyyat çökür. Bundan sonra daha sürətli şəkildə davam edəcək. Rəsmi Moskva bir yolla Qərblə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmalıdır və böyük ehtimalla bunun yolu da Ukraynada müəyyən güzəştlərə gedilməsindən keçir".
Ayşən Səlimova