Rusiya Ukraynaya iki hissədən ibarət memorandum təqdim edib

Bölmə: Siyasət › ,
Tarix: 18:31 03.06.2025

Rusiya Ukrayna ilə danışıqlarda iki hissədən ibarət memorandum təqdim edib.

 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov " İnformator.az"a açıqlamasında bildirib ki, memorandumun qəbul olunması mümkün deyil. İndiki formatda Rusiyanın təqdim etdiyi memorandum birbaşa Ukraynanın məğlubiyyəti deməkdir:

 

"Birbaşa Ukrayna üçün təslimçilik aktı deməkdir. Ukraynanın üç il ərzində döyüşdüyü dəyərlərə xəyanət etməsi deməkdir. Yəni memorandum birmənalı şəkildə beş ərazinin Rusiya ərazisi kimi tanınmasını, eyni zamanda Ukrayna qoşunlarının həmin ərazilərdən çıxarılmasını tələb edir. Yəni memorandumun imzalanması o deməkdir ki, burada artıq avtomatik Ukrayna işğalçıya çevrilir. Rusiya işğala məruz qalan tərəfə heç bir halda Zelenski belə bir memorandum imzalamayacaq. Ona görə də sülh sazişinin baş verməsi ehtimalı da kifayət qədər azdır. Hətta mən deyərdim ki, heçə bərabərdir. O ki qaldı atəşkəsə atəşkəslə bağlı Rusiyanın irəli sürdüyü tələblər, o qədər qeyri realdır, iki versiya təqdim edir, ya deyir Ukrayna qoşunları beş ərazi tərk etsin. Bu birinci versiya ikinci versiya odur ki, Ukrayna qoşunlarının yerdəyişməsinə qadağa qoyulsun, Ukraynada demobilizasiya başlasın. Yəni bütün səfərbərliyə çağırılanlar geri çağırılsınlar. Eyni zamanda Ukraynaya xaricdən hərbi yardımlar olmasın. Digər tərəfdən də Ukraynada üçüncü dövlətlərin hərbi gücləri yerləşməsi, yəni bu o deməkdir ki, Rusiya bu atəşkəsdən istifadə edib maksimum dərəcə güclənə bilər. Amma Ukraynaya bu imkanı olmayacaq. Bəlli məsələdir ki, nə Ukrayna da Avropa da bu maddələrin yerinə yetirilməsində maraqlı deyillər. Ukraynanın tələbi odur ki, qeyd şərtsiz atəşkəs olsun. Əsirlərin mübadiləsi baş versin. Rusiyanın oğurladığı uşaqlar geri qaytarılsın. Hətta siyahı da verib ora dörd yüzə yaxın uşağın siyahısıdır. Digər fundamental məsələlərdə tərəflər arasında bir uzlaşma olmadığına görə də ciddi bir atəşkəsin və ya sülh sazişinin imzalanması da çətin görsənir".


Ayşən Səlimova