Ətin saxlanılma şəraitinə diqqətli edin!

Tarix: 20:10 04.06.2025
Qurban bayramında kəsilən ətlərin düzgün saxlanmaması bakteriyalara zəmin hazırlayır.
Bayram günlərində zəhərlənmə hallarının baş verə biləcəyinə diqqət çəkən mütəxəssis ətlərin təsadüfi torbalara qoyulması və saatlarla nəqliyyat vasitələrində saxlanmasının bakteriyalara zəmin hazırladığını bildirib və mühüm xəbərdarlıqlar edib.
Qırmızı ətin səhv saxlandıqda ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyən mütəxəssis Serap Güzel deyib:
"Təzə doğranan ət dərhal istehlak edilməməli, ən az 24 saat soyuducuda dincəlməlidir. Ət uzun müddət qanlı və qaynar vəziyyətdə saxlanılmamalı, parçalara kəsilərək təmiz havada qablaşdırılmalı və qablarda təmizlənməlidir. Dondurulan ət yenidən dondurulmamalı, bu proses soyuducunun alt rəfində edilməli, ətlə yanaşı, tərəvəz, qatıq və tam taxıllı qidalara üstünlük verilməlidir".
Mənbə: CNN Türk
Zəhra Möhübbətova