Qəzza Yer üzündə cəhənnəmdən də betər hala gəlib

Bölmə: Dünya › ,
Tarix: 20:29 04.06.2025

 

 

"Qəzza Yer üzündə cəhənnəmdən də betər bir yerə çevrilib",- deyə bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyaric BBC-nin müxbiri Ceremi Bouenə deyib. O bildirib ki, fələstinlilər insan ləyaqətindən məhrum edilib, beynəlxalq humanitar hüquq isə getdikcə boşaldılır.

 

Bu açıqlama, Qəzzadakı yardım paylama mərkəzlərinin bu gün bağlı olduğu vaxtda verilib. İsrail ordusu xəbərdarlıq edib ki, həmin məntəqələrə aparan yollar “döyüş zonası” hesab ediləcək.

 

HƏMAS-a bağlı yerli rəsmilərin məlumatına görə, çərşənbə axşamı yardım məntəqəsi yaxınlığında İsrail atəşi nəticəsində azı 27 fələstinli həlak olub. Bu, Qəzza Humanitar Fondu tərəfindən idarə olunan məkana bu həftə baş verən üçüncü ölümcül hadisədir. İsrail Müdafiə Qüvvələri  isə bildirib ki, əsgərlər yalnız “təyin olunan giriş marşrutlarından kənara çıxaraq onlara tərəf hərəkət edən şübhəliləri” aşkar etdikdən sonra atəş açıblar.Xan Yunisdə, məcburi köçkünlərin yerləşdiyi məktəbə endirilən İsrail hava zərbəsi nəticəsində daha 12 fələstinli həlak olub – bu barədə HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyi və xəstəxana rəsmisi məlumat verib.

 

 BBC

Asiman Vəliyeva