ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinlə görüşüb

Tarix: 21:23 04.06.2025
ABŞ Prezidenti Tramp Rusiya prezidenti Putinlə görüşüb. Görüşlə bağlı açıqlama verən Tramp, "Ukraynanın Rusiyaya hücumundan danışdıq. Görüş yaxşı keçdi, ancaq dərhal sülhə səbəb olmayacaq.
Putin Ukraynanın son hücumuna cavab verməli olduğunu söyləyib”-deyib. İranla bağlı prosesdən də danışan Tramp, "Prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və düşünürəm ki, biz bu barədə razılaşdıq. Prezident Putin İranla danışıqlarda iştirak edəcəyini və bəlkə də bunun tez bir zamanda yekunlaşmasına kömək edəcəyini söyləyib.
Düşünürəm ki, İran bu çox vacib məsələ ilə bağlı yavaş-yavaş qərar verir və çox yaxında qəti cavaba ehtiyacımız olacaq".
Haber Global
Əminə Əliyeva