Prezident Ərdoğan TBMM sədri Kurtulmuşu qəbul edib

Tarix: 23:01 04.06.2025
Prezident Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilən Numan Kurtulmuşu qəbul edib.
Ərdoğan sosial media hesabından etdiyi paylaşımda bu sözləri deyib:
"Qazi Məclisimizdə keçirilən səsvermə ilə yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilən İstanbul millət vəkili cənab Numan Kurtulmuşu Prezident Külliyesində qəbul etdim. Cənab Kurtulmuşu yenidən seçilməsi münasibəti ilə təbrik edir, ona Qazi Məclisimizin damı altındakı fəaliyyətində uğurlar arzulayıram".
TBMM sədri Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi üçün ona göstərdikləri güclü dəstəyə və qəbula görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
TBMM sədri Kurtulmuşun prezident Ərdoğana "təşəkkür edirəm" mesajı.
Yenidən TBMM sədri seçildiyi üçün Prezident Ərdoğan tərəfindən Prezident Külliyesində qəbul edilən Kurtulmuş sosial media hesabında bu görüşün fotolarını və "təşəkkür edirəm" mesajını yayımlayıb.
Kurtulmuş paylaşımında bunları qeyd edib:
"Yoldaş olmaqdan şərəf duyduğum prezidentimiz Rəcəb Tayyib Ərdoğana yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilməyim üçün mənə göstərdikləri güclü dəstəyə və qəbula görə minnətdarlığımı bildirirəm. Bu yeni dövrdə Qazi Məclisimiz üzərinə düşən tarixi vəzifəni böyük bir fikir birliyi ilə yerinə yetirəcək, Türkiyənin qüdrətli ölkəsi və lider məclisi olaraq fəaliyyətini davam etdirəcək”.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva