Markus Reşford “Mançester Yunayted”də komanda ilə birgə çıxış etmir.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, ingiltərəli oyunçu hazırlıqlarını fərdi şəkildə davam etdirir.
Daha əvvəl “Mançester Yunayted”in Reşforda özünə yeni komanda tapmaq tapşırığı verdiyi bildirilib.
27 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. O, bu müddət ərzində 10 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.