Ərdoğan İmamoğlunun məhkəməsinin televiziyada canlı yayımlanmasını istəyir

Tarix: 15:14 09.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəmə prosesinin TRT-də yayımlanması təklifinə dəstək verib.
"İnformator.az" xəbər verir ki, o, bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında deyib.
Prezident MHP sədri Dövlət Baxçalının səsləndirdiyi fikri müsbət qiymətləndirib:
“Əgər Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl bir təşəbbüsdür. İnşallah xeyirli olar".