Türk millisi ABŞ-də Meksika ilə qarşılaşacaq

Bölmə: İdman › ,
Tarix: 18:36 09.06.2025

Azərbaycan vaxtı ilə çərşənbə günü saat 04:00-da Türkiyə milli futbol komandası ABŞ-nin Şimali Karolina ştatında Meksika ilə yoldaşlıq oyununa çıxacaq.

 

Görüş Chapel Hill şəhərindəki Kenan Stadionunda baş tutacaq və iki komanda tarixdə ilk dəfə üz-üzə gələcək. Türkiyə millisi bu görüşə ABŞ-də keçirdiyi təlim-məşq toplanışının ikinci və son matçı kimi çıxır. İlk oyunda ABŞ yığmasını 2:1 hesabı ilə məğlub edən ay-ulduzlular, Meksika ilə görüşdən sonra vətənə qayıdacaq. Bu, millinin ümumilikdə 641-ci oyunu olacaq. Baş məşqçi Vinçenso Montella ilə isə 23-cü görüşə çıxacaqlar. İtalyan mütəxəssisin rəhbərliyi ilə Türkiyə 12 qələbə, 6 məğlubiyyət və 4 heç-heçə əldə edib. Oyuna St. Vincent və Grenadinlərdən olan hakim Moeth Gaymes rəhbərlik edəcək.

 

TRT spor
Selcan Əhmədli