"Galatasaray"ın əfsanəsi Fernando Muslera İstanbulu tərk edir

Tarix: 15:29 11.06.2025
"Galatasaray"da səfərini başa vuran təcrübəli qapıçı Fernando Muslera İstanbulu tərk edib.
İstanbul Hava Limanından Argentinanın paytaxtı Buenos-Ayresə uçan Muslera mətbuat mənsublarından qaçaraq şəkil çəkdirməyə icazə verməyib. Türkiyədə 14 mövsümü geridə qoyan əfsanəvi uruqvaylı qolkiper qırmızı-sarı komanda ilə 8 Super Liqa, 6 TFF Superkuboku və 5 Türkiyə Kuboku sevincini yaşayıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı