Danimarka ABŞ-yə hərbi bazaya icazə verir

Tarix: 13:33 12.06.2025
Danimarka parlamentinin ABŞ-nin ölkədə hərbi baza yaratmasına yol açan müdafiə sazişini təsdiq etdiyi bildirilir. Trampın Qrenlandiyaya “nəzarətini ələ keçirmək” istəyi ilə bağlı yaranan gərginlikdən sonra səsverməyə çıxarılan razılaşma, tənqidlərə baxmayaraq parlamentdə böyük əksəriyyət tərəfindən bəyənilib.
ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl 2023-cü ildə iki ölkə arasında imzalanan “Müdafiə sahəsində əməkdaşlıq sazişi” parlamentdə səsverməyə çıxarılıb.
Trampın Qrenlandiyaya “nəzarətini ələ keçirmək” istəyi ilə bağlı yaranan gərginlikdən sonra səsverməyə çıxarılan razılaşma, tənqidlərə baxmayaraq, parlamentin böyük əksəriyyəti tərəfindən təsdiqlənib. Bəzi üzvlərin 'ölkəyə zərərli' olaraq tənqid etdiyi razılaşma ABŞ-a hərbi bazalar qurmağa, qoşun yerləşdirməyə və Danimarka torpaqlarında hərbi texnika saxlamağa imkan verir.
Seçildikdən və vəzifəyə gəldikdən sonra Tramp dəfələrlə Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması lazım olduğunu bəyan edərək, adaya sahiblik və nəzarətə sahib olmağın “tamamilə zəruri” olduğunu müdafiə edib.
Mart ayında Konqresdə danışan Tramp, "Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün kritik əhəmiyyətə malikdir. Biz bunu təmin etmək üçün bütün tərəflərlə işləyirik. Bu və ya digər şəkildə bunu əldə edəcəyik",- deyib.
ABŞ Prezidenti iddia edib ki, Amerikanın Qrenlandiyaya sahib olması “azad dünyanı müdafiə etmək” üçün zəruridir.
Trampın sözləri bir çox qrupların, xüsusilə Qrenlandiya rəsmilərinin tənqidinə səbəb olub.
CNN Türk
Əminə Əliyeva