Danışıqlar aparılmır, hücumlar davam edəcək-İsrail Xarici İşlər naziri

Bölmə: Dünya › ,
Tarix: 18:15 18.06.2025


İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, “İranla toqquşmaların sona çatması ilə bağlı heç bir danışıqlar aparılmır” və Təl-Əviv hücumlarını davam etdirəcək.


Yerli mətbuatın məlumatına görə, Saar bəzi xarici ölkələrin İsraildəki səfirlərinə İranın cavab zərbələri zamanı hədəf alınan Bat Yam şəhərində məlumat verib.


İranla bağlı hücumlardan danışan Saar, İsrail xalqının “böyük əksəriyyətinin” bu hücumları dəstəklədiyini deyib.
Saar əlavə edib: “Bilin ki, heç bir danışıqlar aparılmır və hədəflərimizə çatana qədər əməliyyat davam edəcək”.


TRT HABER
Solmaz Muradova