"Beşiktaş"a 630 min lira cərimə

Bölmə: İdman › ,
Tarix: 21:35 18.06.2025

Türkiyə Basketbol Federasiyası (TBF) İntizam Komitəsi, "Beşiktaş Fibabanka" ilə "Anadolu Efes" arasında keçirilən Türkiye Sigorta Basketbol Süper Lig play-off yarımfinal mərhələsinin beşinci oyunundan sonra "Beşiktaş" klubuna 630 min lira məbləğində cərimə tətbiq edib.

 

TBF-nin rəsmi saytında yer alan açıqlamaya əsasən, komitə "Beşiktaş"a zal və azarkeş hadisələri səbəbilə 75 min lira, nalayiq və xoşagəlməz şüarlara görə 530 min lira, pilləkən boşluqlarının boş saxlanılmaması səbəbilə isə 25 min lira cərimə kəsib.

 

Komitə həmçinin "Anadolu Efes"in oyunçusu Ercan Osmaniyə də idmana zidd hərəkətinə görə 40 min lira cərimə təyin edib.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə