"Yener Yılmaz artıq bizim oyunlara təyin olunmayacaq"

Tarix: 21:32 18.06.2025
"Beşiktaş" klubunun İdarə Heyətinin üzvü Özkan Arseven bildirib ki, Türkiye Sigorta Basketbol Süper Ligi final seriyasında "Fenerbahçe" "Beko" ilə oynadıqları ilk oyunu idarə edən hakimlərdən Yener Yılmaz bundan sonra onların oyunlarında olmayacaq.
Arseven verdiyi açıqlamada "Türkiye Basketbol Federasyo"nu rəsmiləri ilə görüş keçirdiklərini bildirərək bunları deyib:
“Final seriyasındakı ilk oyunumuzda yaşanan qalmaqallı hakim performansından sonra bu gün federasiya ilə bir görüş keçirdik. Federasiya rəsmiləri bizə həmin hakimin artıq oyunlarımıza verilməyəcəyinə dair söz verdilər. Bu məsələdə Türkiyə Basketbol Federasiyasının bu mövqeyini vacib hesab edir və onlara təşəkkür edirik".
Mənbə: TRT Haber
Nigar Həsənzadə