“İranın ali lideri artıq mövcud olmamalıdır”

Bölmə: Dünya › ,
Tarix: 17:29 19.06.2025

 

AFP və yerli mediaya görə, İsrailin müdafiə naziri bildirib ki, İranın ali dini lideri artıq mövcudluğunu davam etdirə bilməz, çünki İran raket hücumu zamanı Soroka xəstəxanası zərbə alıb.İranın dövlət mediası isə hücumun hədəfinin xəstəxana deyil, onun yaxınlığındakı hərbi obyekt olduğunu iddia edir.


İsrailin müxtəlif yerlərində onlarla insanın yaralandığı bildirilir. İran gecə boyunca İsrailə çoxsaylı raketlər atıb.
Digər tərəfdən, İsrail ordusu İranda nüvə obyektlərini, o cümlədən “fəaliyyətsiz” Arak ağır su reaktorunu və Natanz nüvə obyektini hədəf aldığını açıqlayıb. Radiasiya sızıntısı və ya xəsarət alanlar barədə məlumat yoxdur. Bu hücumlar çox kritik bir zamanda baş verir. Hugo Bachega yazır ki, Donald Trump İsrailin kampaniyasına ABŞ-nin birbaşa müdaxiləsi məsələsini nəzərdən keçirir. Məlumatlara görə, Trump artıq İrana hücum planını təsdiqləyib, lakin hələ yekun qərar verməyib. Bu fonunda İranın ali lideri ABŞ-nin müdaxiləsi halında “geri dönməz zərər” olacağı barədə xəbərdarlıq edib.


BBC
Asiman Vəliyeva