Türkiyənin İran qazına ehtiyacı var

Bölmə: Dünya › ,
Tarix: 18:57 19.06.2025

Türkiyənin energetika naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində çıxışı zamanı ölkəsinin İrandan təbii qaz idxalına ehtiyac duyduğunu bildirib. O, qarşıdakı illərdə də bu tədarükün davam edəcəyinə ümid etdiklərini qeyd edib.

 

“İran, Türkiyə bazarı üçün ən mühüm qaz tədarükçülərindən biridir. Əvvəllər ölkəmizin əsas neft təchizatçılarından biri olub, hazırda isə bizə qaz tədarük edir. Ümid edirik və gözləyirik ki, bu tədarüklər gələcək illərdə, hətta onilliklər ərzində də davam edəcək. Çünki bu qaza ehtiyacımız var", – deyə Bayraktar vurğulayıb.

 

Mənbə :Caliber

Aytən Ağazadə